“Azərbaycanda qız uşaqlarının sayı azalır”
26 may 2010 10:30 (UTC +04:00)

“Azərbaycanda qız uşaqlarının sayı azalır”

AŞ PA-nın komitə sədri: “bu, selektiv abortlar nəticəsində baş verir”


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Gender bərabərliyi komitəsinin sədri Xose Mendes Bota Milli Məclisin məişət zorakılığına qarşı qanun qəbul etməsini alqışlayıb.


APA-nın xəbərinə görə, Avropa Şurası nazirlərinin gender bərabərliyinə dair Bakıda təşkil olunmuş konfransının yekunları ilə bağlı mətbuat konfransı keçirən X. M. Bota Azərbaycan hakimiyyətinin gender qeyri-bərabərliyi ilə mübarizəsini yüksək qiymətləndirib. O, Azərbaycanda bu sahədə kifayət qədər problem olduğunu söyləyib.



AŞ PA-nın İnsan alveri ilə mübarizə komitəsinin sədri Lidi Err isə Azərbaycanda uşaq ölümü probleminin ciddi problem kimi qaldığını, ailə planlaşdırmasının olmadığını vurğulayıb. O, selektiv abortların yeni doğulan qız və oğlan uşaqları arasında qeyri-bərabərlik yaratdığına, nəticədə oğlan uşaqlarının sayının qız uşaqlarının sayını ötdüyünə diqqət çəkərək bunun 20 il sonra böyük problemə səbəb olacağını deyib. L. Err erkən nikah və nikaha məcburetmə problemlərinin də Azərbaycanda aktual olduğunu bildirib. Qonaq hesab edir ki, çıxış yolu qadınların siyasətdə fəallaşmasıdır: “Bu problemlərlə siyasi səviyyədə məşğul olacaq və qadınların hüquqlarını qoruyacaq çoxlu sayda qadın siyasətçiyə ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar