Prezident Bakının Əzizbəyov rayonunun Xəzər adlandırılması barədə qanunu təsdiq etdi
25 may 2010 19:30 (UTC +04:00)

Prezident Bakının Əzizbəyov rayonunun Xəzər adlandırılması barədə qanunu təsdiq etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, 24 may 2010-cu il tarixli sərəncamda qeyd edilir ki, “Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə tapşırılır ki, üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bundan başqa, sənəddə Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar