Əflatun Amaşova təşəkkürnamə təqdim edildi
Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Avrasiya Qəzetəçilər Dərnəyi İdarə Heyətinin ölkəmizdə səfərdə olan üzvləri ilə görüş keçirilib. Lent.az-ın xəbərinə görə, MŞ sədri Əflatun Amaşov qonaqlara Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, qloballaşan dünyada gedən proseslərə diqqəti çəkərək bu kontekstdə türkçülüyün, türkdilli xalqlar arasındakı əlaqələrin inkişafı baxımından Azərbaycan və Türkiyə mediasının gördüyü işlərdən, qarşıda duran vəzifələrdən söhbət açıb. Bakıda hər iki ölkə jurnalistlərini bir araya gətirən 2 konfransın düzənlənməsinin bu məqsədə xidmət etdiyini vurğulayan MŞ sədri Türkiyədə də belə tədbirin reallaşmasının nəzərdə tutulduğunu deyib. Ə.Amaşov Avrasiya məkanının 2 ölkə hüdudlarını aşan daha geniş anlam oldğunu nəzərə çatdıraraq qlobal olaylar fonunda hər iki qurumun qarşılıqlı münasibətlərin müasir dövrün tələbləri baxımından qurulmasına verə biləcəyi fayda üzərində ətraflı dayanıb.
Avrasiya Qəzetəçilər Dərnəyinin başqan vəkili Osman Savaç bir il əvvəl də Mətbuat Şurasında hər iki qurumun təmsilçiləri arasında görüş keçirildiyini xatırladaraq bildirib ki, növbəti diskussiyadan əsas məqsəd başlanılmış prosesin dərinləşdirilməsi, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təminatıdır. Azərbaycanı Türkiyənin Orta Asiyada nəfəs aldığı bacaya bənzədən qonaq media qurumlarının qarşılıqlı əlaqələrə mane olmaq istəyənlərin fəaliyyətlərini əngəlləyəcəyini bildirib.
Türkiyəli qonaqların çıxışlarında həmin istiqamətdəki işin hər hansı qəzet, yaxud qəzetlər qrupu tərəfindən deyil, daha geniş dairədə əlaqələndirilməsi yollarına nəzər salınıb. Görüşdə AQD-nin malik olduğu resurslar, hər iki qurum arasında niyyət protokolunun imzalanması, strateji planın müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında da müzakirələr gedib. O. Savaç Avrasiya Qəzetəçilər Dərnəyinin böyük dəvətlərin, irimiqyaslı tədbirlərin, görüşlərin təşkili üçün müvafiq imkanlara malik olmasını vurğulayıb, yaxın vaxtlarda adıçəkilən sənədlərin Mətbuat Şurasına təqdim ediləcəyini deyib. O, MŞ sədri Əflatun Amaşova Türkiyə-Azərbaycan mediaları arasındakı əlaqələrin inkişafına göstərdiyi xidmətlərə görə Avrasiya Qəzetəçilər Dərnəyinin təşəkkürnaməsini təqdim edib.

828