Xidmət və sənaye məhsullarının son təyinatına görə təsnifatı təsdiqləndi
31 avqust 2010 18:13 (UTC +04:00)

Xidmət və sənaye məhsullarının son təyinatına görə təsnifatı təsdiqləndi

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə “AZT 039-2010” “İqtisadi fəaliyyətdə xidmətlər təsnifatı”, AZT 040-2010 “Sənaye məhsullarının son təyinatına görə təsnifatı (siyahısı)” təsdiq edilib.


İqtisadi Fəaliyyətdə Xidmətlər Təsnifatı Dövlət Statistika Komitəsi tərəfindən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, Əsas Məhsul Təsnifatı (CPA 2008) əsasında işlənmiş Məhsul Növləri təsnifatı (üçüncü variant) nəzərə alınmaqla hazırlanıb. Təsnifatın hazırlanmasında əsas məqsəd məlumat mübadiləsində beynəlxalq müqayisəliliyi təmin etməkdir.

Sənaye məhsullarının son təyinatına görə təsnifatı iqtisadi fəaliyyət növləri üzrə əsas sənaye qrupları - aralıq mallar, enerji, əsas vəsaitlər, uzun müddətli və qısa müddətli istifadə üçün istehlak malları bölmələrinə ayrılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125

Oxşar yazılar