Ekstrim tur: “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf Edək”
Marşrut Mədəniyyət və Turizm Nazirliyi və Bakı Professional off-roaderlər klubunun təşkilatçılığı ilə həyata keçiriləcək. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, marşrut 27 sentyabr Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədilə təşkil olunur. Avto Safaridə daxili turizmlə məşğul olan turizm şirkətlərinin nümayəndələri ilə yanaşı, KİV nümayəndələri də iştirak edəcək. Tədbir sentyabrın 3-də Azadlıq Meydanında KİV əməkdaşlarının iştirakı ilə start götürəcək.
500