Gədəbəydə sürüşmə zonasındakı 9 ailə yeni evlərə köçürülür
İki kənddə 9 ailəyə kompensasiya ödənilib
Gədəbəydə Şahdağ və Arıqıran kəndlərində torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə yaşayan 9 ailəyə dövlət tərəfindən kompensasiya ödənilib. Şahdağ kəndindən 5, Arıqıran kəndindən isə 4 ailə elə həmi yaşayış məntəqələrindəki təhlükəsiz əraziyə köçürüləcək.
Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev məlumat verib. Onun sözlərinə görə, Şahdağ kəndində zəif də olsa, sürüşmənin başlanıldığı müşahidə edilir.
Xatırladaq ki, 2003-cü ildə bu kənddə baş verən sürüşmə nəticəsində bir ailənin 4 üzvü torpaq altında qalaraq dünyasını dəyişib.
Vüsalə Cənnətova

476