Selin ziyan vurduğu məktəblərin sayı məlum deyil
“İndiyədək sel və daşqınların neçə məktəbə ziyan vurması barədə dəqiq məlumat yoxdur. Çünki sel və daşqınların vurduğu ziyan hər gün dəyişir”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Nazir qeyd edib ki, hələlik heç bir rayonda məktəblərdə dərslər tam şəkildə dayandırılmayıb.
Misir Mərdanov təbii fəlakət zonasındakı uşaq bağçalarının vəziyyəti barədə suala cavab verərkən bu müəssisələrin də durumunun məktəblərdəkindən fərqlənmədiyini deyib? “Məktəblərdə vəziyyət necədirsə, uşaq bağçalarında da elədir. Amma ümumiyyətlə, kənd rayonlarında uşaq bağçalarının elə də geniş şəbəkəsi yoxdur. Uşaq bağçaları əsasən, şəhərlərdə və rayon mərkəzlərində fəaliyyət göstərir. Onlara isə ciddi ziyan dəyməyib”.
Elxan SALAHOV

571