Rusdilli abituriyentlər “Azərbaycan dili”ndən imtahan verəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bazar günü rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində təşkil olunacaq.
Lent.az-ın məlumatına görə, imtahanda 11041 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərin 7648-i Bakı şəhərində, 35-i Naxçıvanda, 1633-ü Gəncədə, 584-ü Sumqayıtda, 306-sı Şəkidə, 192-si Lənkəranda, 643-ü isə Qubada imtahan verəcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 19-dan etibarən TQDK-nın internet saytına daxil olaraq çap edirlər.
İmtahan Bakı şəhərində 10, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilir. İmtahanın idarə olunması üçün 80 imtahan rəhbəri, 777 nəzarətçi-müəllim cəlb olunur. İmtahan bütün şəhərlərdə eyni vaxtda - saat 14:00-da başlanır.
Qəbul qaydalarına uyğun olaraq mayın 23-də keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 2010-cu il mayın 14-nə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. “Elektron ərizə”lərini SQK-da 2010-cu il mayın 14-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə 2010-cu il iyunun 20-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. İmtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlər 2010-cu il iyunun 20-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə bilərlər.
Elxan SALAHOV

630