Son zəng məktəblərin daxilində keçiriləcək
19 may 2010 19:00 (UTC +04:00)

Son zəng məktəblərin daxilində keçiriləcək

Təhsil naziri məktəbdən kənar hansısa tədbir keçirməyi lazım bilmir

Ötən il olduğu kimi, bu il də orta məktəblərdə son zəng tədbirləri yalnız hər bir məktəbin inzibati ərazisindən keçiriləcək.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, orta məktəblərdə son zəng tədbirlərinin təşkili barədə qərar ötən il imzalanmış əmrə əsasən, məktəbdaxili çərçivədə təşkil olunacaq.

“Son zənglə bağlı bütün tədbirləri yalnız məktəbdaxili keçirəcəyik və biz yalnız buna cavabdehik. Məktəbdən kənar heç bir tədbir keçirmək lazım deyil” – deyə, Misir Mərdanov bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar