Xırdalanda veteran köçkünlərin qazı kəsilib
“Əsgər Ailəsi” Cəmiyyəti bununla bağlı ölkə rəhbərliyinə müraciət etdi
Mayın 17-də “Əsgər Ailəsi” Cəmiyyətinin üzvləri layihə çərçivəsində Xırdalanda məskunlaşan müharibə veteranı olan bir qrup məcburi köçkünlərlə görüş keçirib.
“Əsgər Ailəsi” Cəmiyyətinin İnformasiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, görüşün məqsədi 1993-cü ildən Xırdalan Ş.Ələkbərov küçəsi 14 ünvanında məskunlaşan məcburi köçkünlərin zəbt etdiyi ərazidən çıxarılması zamanı onların sosial hüquqlarının pozulmasının qarşısını almaq olub.
Məcburi köçkünlər hansısa bir tikinti şirkətinin, onların yaşadığı ərazinin alınması və yerləşdirilməsi tələblərinin uyğun gəlməməyindən narahatlıqlarını bildiriblər: “Biz bir dəfə köçkün düşmüşük, ikinci dəfə bunu yaşamaq istəmirik”. Məcburi köçkünlər hazırda onları narahat edən ən əsas məsələni gündəmə gətiriblər. Bildiriblər ki, bir aydan çoxdur ki, Xırdalan Qaz İdarəsi onların qazını kəsib. Dəfələrlə Qaz İdarəsinə, Qaçqınkoma müraciət olunsa da, nəticə olmayıb. Məcburi köçkünlərdən ikinci qrup Qarabağ əlili Coşqun Hüseynov, Qarabağ müharibə veteranı Rza Məmmədov, Zərifə Əhmədova, Aynişan İbrahimova, əsgər anası Cəmilə Quliyeva bir ay ərzində qazsız şəraitlərinin dözülməz olduğunu söyləyiblər, körpə uşaqlara isti çay, yemək hazırlaya bilmədiklərini deyiblər.
Görüşün sonunda “Əsgər Ailəsi” Cəmiyyətinin sədri, layihə rəhbəri Roza Əliqızı və layihənin koordinatoru Elnurə Qarayeva məcburi köçkünlərlə yaranmış problemin həll olunması üçün ölkə rəhbərliyinə, Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə və Abşeron rayon İcra Hakimiyyətinə müraciət ünvanlayıblar.
Görüş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “1992-1993-cü illərdə məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranmış sosial ədalətsizliklə mübarizə” layihəsi çərçivəsində keçirilib, mini sorğu şəklində onların vəziyyəti, sosial problemləri öyrənilib.

461