İctimai Komitənin üzvləri Qobustan həbsxanasında oldu
17 may 2010 15:30 (UTC +04:00)

İctimai Komitənin üzvləri Qobustan həbsxanasında oldu

Məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin edən və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvləri Qobustan həbsxanasında monitorinq keçiriblər. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.

Monitorinqdə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvləri Zalihə Tahirova, Elmira Ələkbərova, Şahin Camalov və İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov iştirak edib.

Monitorinq zamanı məhkumların saxlanma şəraiti, məişət - ərzaq və maddi təminatı, tibb işinin təşkili, məhkumlara göstərilən psixoloji yardımın səviyyəsi, onların qısamüddətli və uzunmüddətli görüş, telefon danışıqları ilə təmin edilməsi, cərimə təcridxanalarında vəziyyət öyrənilib. Eyni zamanda, bu cəzaçəkmə müəssisəsində kitabxana işi və dini etiqad azadlığının təmin olunma vəziyyəti baxış zamanı araşdırılıb. Habelə personalın işinin təşkilinin, peşəkarlıq səviyyəsinin, onların sosial təminatları, əmək şəraiti və vakansiyaların mövcud olub-olmamasının monitorinqi aparılıb. Monitorinq zamanı məhkumlarla konfedensial görüşlər keçirilib, həmçinin məhkumlara hüquqi yardımlar göstərilib.

Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar