Kürdə su mayın I ongünlüyündə saniyədə 11 kubmetr artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarının, onların qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mayın I ongünlüyündə apardığı monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ayın I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən saniyədə 11 kubmetr artaraq 915 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Monitorinq dövründə Araz çayında suyun sərfi saniyədə 603 kubmetr təşkil edib. Suyun oksigen rejimi bütün məntəqələrdə hər litrdə 5,68-6,00 milliqram arasında olmaqla sanitar norma daxilində dəyişib.

379