“Azercell” fəlakətdən əziyyət çəkənlərin hərəsinə 500 kontur yüklədi
14 may 2010 16:00 (UTC +04:00)

“Azercell” fəlakətdən əziyyət çəkənlərin hərəsinə 500 kontur yüklədi

Zərərçəkmiş ərazilərin əhalisinə dəstək olmaq məqsədilə və təbii fəlakətdən əziyyət çəkən insanlara yardım göstərmək üçün həmin bölgələrdə yaşayan “Azercell” abonentlərinin nömrəsinə 500 kontur yüklənilib. Bu barədə Lent.az-a “Azercell”dən məlumat verilib. Məlumata görə, bu aksiya 136.600 abonenti əhatə edib.

Qeyd edək ki, Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində qısa müddətdə Zərdab, Kürdəmir, Salyan, Saatlı, Sabirabad, Neftçala, Şirvan, Biləsuvar, Ağsu rayonlarının bir hissəsini su basıb.
Korporativ sosial məsuliyyətə xüsusi önəm verən “Azercell” bu günə qədər müxtəlif təbəqələrə yönəlmiş layihələri həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar