Seksual zorakılıq - ARAŞDIRMA
Burnu yekə kişilər təhlükəli imiş...
Son dövrlərdə ölkədə baş verən cinayətlər arasında seksual zorakılıqla bağlı cinayətlərin sayı artıb. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, son 9 ayda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə 21 belə cinayət işi daxil olub. Bu cinayət işlərinin içərisində atanın öz qızını zorlaması kimi faktlara da rast gəlinir. Həmin faktların sayı 4-dür. Atanın qızını zorlaması, hətta onun QİÇS-ə yoluxdurduğu faktı da qeydə alınıb. Zorlama faktlarının qeyri-adiləri içərisində isə bir qrup şəxs tərəfindən zorlama, yəni zorlamanın qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi kimi faktlar da mövcuddur.
Nəzərə çarpan faktlardan biri də seksual xarakterli zorakılığın azyaşlı oğlan uşaqlarına qarşı edilməsidir. Bu kateqoriyalı cinayətlərlə məhkəməyə daxil olan işlərdən əlavə hələ istintaqı davam etdirilən zorlama faktları da var. İstintaqı hələ də davam etdirilən bu tipli cinayət işlərinin sayı da həddindən artıq çoxdur.
Əslində o da məlumdur ki, Azərbaycanda seksual zorakılıq hadisələrinin bəziləri açılmamış qalır, ört-basdır edilir. Burada mentalitet məsələsi ciddi rol oynayır. Belə ki, bu tip cinayətin qurbanları, onların yaxınları, ailə üzvləri belə halların açılmamasına, başqaları tərəfindən bilinməməsinə çalışırlar. Əgər cinayəti törədən ailə daxilindən biridirsə, onda başqalarının yanında biabır olmamaq üçün məsələni gizlətməyə daha çox çalışırlar.
Azərbaycanda seksual zorakılıq cinayətlərinin sayının belə artmasının səbəbi nədir?
Lent.az bununla bağlı mütəxəssislərin rəyini öyrənib.
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin prezidenti Müzəffər Baxışov deyir ki, sovet dövründə insanların əxlaqının müdafiəsinə daha çox əhəmiyyət verilib. Onun sözlərinə görə, bu kateqoriyadan olan cinayətlər sensasion cinayətlər sayılırdı. Hüquqşünas qeyd edir ki, cinayət sosial hadisədir.
“İndi istər telekanallarda, istər digər Kütləvi İnformasiya Vasitələrində əxlaqi dəyərlərin təbliğinin aşağı səviyyəyə enməsi də buna təsir göstərir. Bu tipli cinayət törədən şəxslər artıq ictimai qınağa məruz qalmırlar. Bu da səbəblərdən biridir ki, bu kateqoriyadan cinayət törətməyə meylli olan insanlar artıq öz cinayətkar qəsdlərini həyata keçirəndə ictimaiyyət tərəfindən heç bir qınağa rast gəlməyəcəklərini düşünürlər. Digər bir səbəb isə belə cinayətlərin törədilməsinə daha çox manyakların meylli olmasıdır. Çox yaxşı ki, son dövrlərdə ölkəmizdə belə manyaklar tərəfindən bu kateqoriyadan olan cinayətlərin törədilməsi sayı xeyli azalıb. Bu mütərəqqi hal kimi qiymətləndirilməlidir. Amma qonşu ölkələrdə belə hallar mövcuddur. Saydığımız bütün bu amillər seksual xarakterli zorakılıq cinayətlərinin yayılmasına münbit şərait yaradır”.
Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə zorlamanın seksual zorakılığın ən yüksək forması olduğunu söyləyir. O bildirir ki, seksual zorakılığın artması bir neçə amildən asılıdır: “Birinci amil aşkarlıqdır. Əvvəllər bundan danışmağa utanırdılar, bu mövzudan ümumiyyətlə danışılmırdı. Çox vaxt belə halları gizlətməyə çalışırdılar. İkinci amil kişilərin özlərini günahsız hesab etmələri, cəzasız qala biləcəklərini fikirləşməsidir. Onlar fikirləşirlər ki, cəzasız qala bilərlər. Bütün bunlar istər-istəməz psixoloji təsir kimi insanda tormoz rolu oynamır. Kimdəsə tormoz rolunu tərbiyə oynayır, kimdəsə qorxu. Bu qorxu olmayanda zorakılıq halları baş verir. Bu, bizim cəmiyyətimizdə özünü kifayət qədər göstərib. Bu gün iş yerlərində cinsi əlaqəyə təhrik, ailə daxilində seksual zorakılıq, küçələrdə qızlara sataşma, ümumilikdə zorakılıq hallarının sayı çoxalıb”.
Psixoloqa görə, üçüncü amil şəhərlərin böyüməsi, qohum-əqrəba əlaqələrinin zəifləməsidir. Bəzi düzgün tərbiyə almamış insanlara bu amil daha çox təsir göstərir: “Onlar “bu işi törətsəm, kimdi məni tapan, kimdi məni tanıyan” deyə fikirləşirlər”.
“Bu gün əxlaqsızlıq o qədər çoxalıb ki, artıq insanlarda öz yaxınlarına qarşı bu formada cinayətkarlıq halları baş alıb gedir”.
Bunu isə ilahiyyatçı alim Mirpaşa Bayramov deyir: “Bütün bunların səbəbi insanların islam dini barəsində düzgün maariflənməməsidir. İnsanların İslam dinindən uzaq düşməsi belə halların artmasına gətirib çıxarır”.
Azyaşlılara qarşı seksual zorakılıq və zorlamada təqsirləndirilən yeniyetmələr
Qeyd edək ki, seksual zorakılıqla bağlı məhkəmələrə gələn cinayət işlərinin içərisində azyaşlı uşaqların zorlanması faktları daha çox geniş yayılıb. Bu cinayət işlərində zorlanmanın qurbanı olan azyaşlıların çoxu oğlan uşağıdır. Aparılan araşdırma nəticəsində müəyyən olunub ki, bu azyaşlıları zorlayanların əksəriyyəti isə yeniyetmədir.
Azad İsazadə nəzərə çatdırır ki, azyaşlıların seksual zorakılığa məruz qalmasının əsas səbəblərindən biri onların həm fiziki müqavimət, həm də psixoloji müqavimət göstərə bilməməsidir: “Psixoloji müqavimət deyəndə psixoloji iradənin qırılmasından söhbət gedir. Onları tez aldada bilirlər. Sözsüz ki, azyaşlı uşaqlar daha çox risk qrupuna daxildir”.
Müzəffər Baxışov isə vurğulayır ki, bu cinayətlərin bir qisminin yeniyetmələr tərəfindən törədilməsi təəssüfləndirici haldır. Yeniyetmələrin bu cinayəti törətməsinin əsas səbəbi ailə tərbiyəsinin aşağı səviyyədə olmasıdır: “Həmin şəxslərin daha çox ailə tərbiyəsindən kənarda qalması, cəmiyyətdə olan neqativ halların onlara təsir göstərməsi və özlərinin şəxsi keyfiyyətləri ilə bağlı olan məsələlər onları bu tipli cinayətlərin törədilməsinə sövq edir”.
Onu da bildirək ki, azyaşlılara qarşı seksual zorakılıq edən insanlar adətən uşaqlarla və onların valideynləri ilə sıx əlaqədə olanlardır. Belə hallarda uşağa qarşı zorakılıq heç kimin xəbəri olmadan illər boyu davam etdirilə bilər. Çünki uşaqlar başlarına gələnlər barəsində valideynlərinə heç bir şey demirlər. Bu səbəbdən də uşaqlara qarşı cinsi zorakılıq edən insanları üzə çıxarmaq çox çətin olur.
Atanın qızını zorlamasına yol açan xəstəlik
Elə hallar da olur ki, valideyn öz uşağını seksual zorakılığa məruz qoyur. Belə hal uzun müddət davam edir. Məsələn, ata öz qızını zorlayır. Qızın atasından qorxması, bunu ailə üzvlərindən gizlətməsi zorlamanın mütəmadi olaraq davam etməsinə gətirib çıxarır. Ailə üzvləri, yaxın qohumlar bunu biləndə utanc hissi duyurlar və el içində biabır olmamaq üçün bu barədə heç kəsə, o cümlədən hüquq-mühafizə orqanlarına məlumat vermirlər.
M.Baxışov bildirir ki, çox vaxt ailədə ögey ata tərəfindən qızına qarşı belə hallar törədilir: “Amma çox vaxt belə cinayətlərin üstü açılmır. Hüquq-mühafizə orqanlarına məlumat verilmir. Lakin əfsus ki, doğma atanın övladına qarşı belə cinayət törətməsi faktları da var. İnsanların özünün fərdi xüsusiyyətləri, əxlaqi keyfiyyətləri, onların xarici görünüşləri yəni, bədən fiziologiyası onların bu və ya digər cinayətləri törətməsinə meylli olmasını şərtləndirən amillərdən biridir. Məşhur italyan psixiatoru Lambardo həbsxanada olan məhkumlar üzərində tədqiqatlar apararaq müəyyən etmişdi ki, burnu çox yekə olan insanlar zorlama cinayətlərinin törədilməsinə meylli olurlar. Sovetlər dövründə bunu antropoloji təlim kimi qəbul etdilər. Son dövrlərdə bu tipli cinayətləri törədən şəxslərin xarici görünüşlərinə baxdıqda adam bu təlimə daha çox inanmağa başlayır”.
A.İsazadə də atanın doğma qızını zorlaması faktlarının çoxunun gizlədildiyini söyləyir: “Üzə çıxan faktlar bu kateqoriyalı cinayətin bir neçə faizini təşkil edir. Bu bizim adət-ənənəmizə uyğun olmayan faktlardır. Bunun köklərini tapmaq üçün zor tətbiq edən insanları psixoloji müayinə etmək lazımdır. Öyrənmək lazımdır ki, bu insanlarda psixoloji status niyə belə əyri böyüyüb, insan öz doğma qızının namusunu belə ləkələyə bilib. Buna səbəb ruhi xəstəlik, şəxsiyyətin düzgün inkişaf etməməsi, ən əsası da ailə daxilində baş verən bu cinayətin cəzasız qalmasıdır. Qızlarını zorlayan atalar fikirləşirlər, “mənim uşağımdır, ailənin yiyəsi mənəm, nə istəsəm edərəm”.
M.Bayramov isə müsəlmanlar arasında məhrəm və naməhrəmlik məsələləri olduğunu xatırladır: “Hər bir kişiyə anası, bacısı, xalası, bibisi və nənəsi məhrəmdir. Konkret “Quran-i-Kərim”də, “İsa” surəsində insanlara kimlərin məhrəm və naməhrəm olduğu siyahı verilib. Öz qanından, canından olana qarşı belə hərəkət eləmək dində ən böyük günah sayılır”.
Zorlayanları bu dünyada və o dünyada nələr gözləyir?...
M.Bayramovun sözlərinə görə, İslam dinində zorakılıq çox ciddi məsələdir. Seksual zorakılıq İslam dinində ən böyük günahlardan biridir. İnsanların bir-birinə cinsi təcavüzü-zorlama İslamda ən böyük haramlardan sayılır. Bunların tarixi də qədim zamanlara gedib çıxır. Hətta İslam tarixində var ki, Lut peyğəmbərin dövründə də belə halların ən acınacaqlısı olub. Elmdə buna homoseksualizm deyirlər, şəriətdə isə buna “nəvat” deyilir. Lut peyğəmbərin dövründə kişinin kişi ilə cinsi əlaqədə olması halları geniş vüsət alıb: “İslam dininin yarandığı dövrdə də belə hallara rast gəlinirdi. Bütün bunlar qəti haram buyurulub. İslamda bu barədə iki anlayış var: zina və zorakılıq. Zina İslamda ən ağır günahlardan biridir. Şəriətdə zinaya ölüm hökmü var. Zorlama isə insanların öz məhrəmləri və naməhrəmləri ilə zorla cinsi yaxınlıq etməsidir. Zorlama zinadan da daha böyük günah sayılır. Məhəmməd Peyğəmbərlə (s.ə.) bağlı belə bir hədis var. Günlərin birində Peyğəmbərə bu barədə sual verəndə o, bu suala cavab verməkdə çətinlik çəkir. Yəni Allah tərəfindən bu cinayəti törətmiş insanlara o qədər ağır cəza kəsilib ki, Peyğəmbər onu sözlə ifadə edib, insanlara çatdıra bilməyib”.
M.Baxışov isə deyir ki, bu tip cinayətlərə görə, mövcud qanunvericilik kifayət qədər təkmildir. Qanunvericilikdə bu əməllərə görə çox sərt cəza nəzərdə tutub. Azyaşlılara qarşı bu cinayətlərin törədilməsi ömürlük azadlıqdan məhrum edilmə ilə cəzalandırılır. Sadəcə, qanunun tətbiqində problemlər var: “Problemin kökü də burdadır. Məhkəmələr tərəfindən bu tipli cinayəti törədənlərə qarşı adekvat cəzalar tətbiq olunmur. Yaxud da onların törətdiyi əməllər düzgün tövsif edilmir. Atanın öz qızına qarşı zorakılığı, sonradan onların ifadələrinin dəyişdirilməsi və barışması həmin cinayəti törədən şəxslərin digər şəxslərə qarşı belə cinayətlər törətməsinə gətirib çıxarır. Əslində Cinayət Prossesual Məcəlləsi belə hallarda insanların barışmasına icazə vermir”.
“Bir sıra dini kitablarda, “İncil”də və “Tövrat”da bununla bağlı məqamlar var. Zorakılıq törətmiş şəxs evli idisə onu hər kəsin gözü qabağında daş qalaq edirdilər ki, bütün insanlar belə əməllərdən yayınsın” - deyən İlahiyyatçı Elşad Miri isə bildirir ki, bu İslamda da tətbiq olunub: “İslam tarixində barmaq sayı qədər belə hadisə olub. Həmin daş atanlardan biri o insana lənət elədiyi zaman Peyğəmbərimiz buyurub ki, “o qardaşınıza lənət eləməyin, çünki o elə bir tövbə elədi ki, onun tövbəsi Məkkə şəhərindəki bütün insanlara paylansa onların hamısına çatar. Bütün hallarda seksual zorakılıq İslamda ən böyük günahlardan biri sayılır”.
Fərid Əkbərov
[email protected]

1842