3 çörək sexinin fəaliyyəti dayandırılıb
13 may 2010 11:00 (UTC +04:00)

3 çörək sexinin fəaliyyəti dayandırılıb

Qərb bölgəsində fəaliyyət göstərən çörək sexlərində yoxlamalara başlanılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Nəzarət İdarəsi tərəfindən qərb bölgəsinin Tovuz, Ağstafa, Qazax rayonlarında fəaliyyət göstərən çörək sexlərində yoxlamalara başlanılıb. Yoxlamanın məqsədi çörəyin hazırlanmasında nəzərdə tutulan standartın norma və tələblərinə əməl edilməsini təmin etməkdir.

İdarənin rəis müavini Qasım Hüseynovun Lent.az-ın Gəncəbasar müxbirinə bildirdiyinə görə, hələlik 13 çörək sexində yoxlama aparılıb. Bəzi sexlərdə məhsulların antisanitar şəraitdə və kustar üsulla hazırlanmış cihazlarda bişirildiyi aşkar edilib. Bundan əlavə xəmirə vurulan mayanın və duzun gigiyenik sertifikatları yoxdur.

Obyektlərdən bir neçəsinə xəbərdarlıq edilib, Ağstafada 2, Qazaxda isə 1 çörək sexinin fəaliyyəti dayandırılıb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar