Ötən ay 110 nəfər qidadan zəhərlənib
31 avqust 2010 12:18 (UTC +04:00)

Ötən ay 110 nəfər qidadan zəhərlənib

Bu ilin iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan 102 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, ötən ay aparılan yoxlamalar zamanı 65 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 70 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən aparılan yoxlamalarda orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1013, mikrobioloji göstəricilərinə görə 741, toksikoloji göstəricilərinə görə 246, radioloji göstəricilərinə görə 40 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 5-də orqanoleptik və fiziki-kimyəvi, 22-də mikrobioloji, 5-də toksikoloji göstəricilərinə görə normativlərdən kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 4065 yaxma nümunəsi, 70 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 76-da mikrobioloji çirklənmə aşkar edilib.

İyul ayı ərzində əhali arasında 110 qida zəhərlənməsi hadisəsi baş verib, 119 nəfər zərərçəkən olub. O cümlədən 1 botulizm hadisəsi baş verib, 2 nəfər zərərçəkən olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar