AMEA TERENA transmilli qurumunun üzvü seçilib
Vilnüs şəhərində (Litva) TERENA-nın Baş Assambleyasının illik iclasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) həmin qurumun tam hüquqlu üzvü seçilib.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, TERENA (Trans-European Research and Education Networking Accociation) Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə, elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-telekommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən transmilli qurumdur.
TERENA Baş Assambleyasında AMEA-nı İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edəcək.

635