Attestatsız abituriyentlər texnikuma da sənəd verə bilmir
Məleykə Abbaszadə: “Onlara ikinci dəfə attestat almaq şansı yaradılsa və normativ aktlar təsdiq olunsa, biz sənəd qəbulu zamanı bunu nəzərə alacağıq”
“Orta məktəblərdə 11 il oxuyub attestat ala bilməyən abituriyentlərin əsas təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulunda iştirak edə bilməz. Onlar 11 il oxuyub attestat ala bilmirlərsə, bir ildən sonra yenidən imtahan verib attestat almalıdırlar. Mənə elə onlar ömrü boyu oxuyub attestat bilərlər. Əgər oxuyublarsa”.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, 11 il oxuyub attestat ala bilməyənlərin indiki qaydalara əsasən, 9-cu sinifdən texnikumlara sənəd vermək hüququ yoxdur. Çünki onlar 9-cu sinifdən sonra daha 2 ili dövlətin hesabına oxuyublar: “Normativ sənədlər Təhsil Nazirliyi və Nazirlər Kabineti tərəfindən təsdiq olunandan sonra bu məsələyə fərqli yanaşma olsa biz onu icra edəcəyik. Hazırda isə 11 il oxuyub attestat ala bilməyənlər orta ixtisas məktəblərinə attestat almaq üçün gedirlər. Faktiki olaraq, belədir. Onlar orta məktəbdə attestat ala bilmirlər, gedib texnikumda 4 il oxuyub sonra attestat əldə edib yenidən ali məktəbə sənəd vermək istəyirlər. Yəqin ki, onlara ikinci dəfə attestat almaq şansı yaradılsa və normativ aktlar təsdiq olunsa, biz sənəd qəbulu zamanı bunu nəzərə alacağıq”.
Məleykə Abbaszadə deyib ki, TQDK bu məsələnin həlli ilə bağlı hökumətə öz təkliflərini təqdim edəcək. Onun sözlərinə görə, bu normativ sənədlər Təhsil Nazirliyi tərəfindən hazırlanmalıdır: “Biz bununla bağlı onlara müraciət edəcəyik”.
Elxan SALAHOV

732