Gənclər “Gül bayramı”nı kimsəsiz qocalarla qeyd etdilər
11 may 2010 15:00 (UTC +04:00)

Gənclər “Gül bayramı”nı kimsəsiz qocalarla qeyd etdilər

10 may “Gül Bayramı” ilə əlaqədar olaraq Gənclər üçün Təhsil Mərkəzi Türkiyənin Toplum Könüllüləri Vakfı ilə birgə maraqlı aksiya keçiriblər. Lent.az-ın məlumatına görə, 30-a yaxın gənc Bilgəh qəsəbəsində yerləşən qocalar evini ziyarət edərək, mədəni-əyləncəli proqram təşkil etdilər.

Əsas məqsədi kimsəsiz və ailə qayğısından kənarda qalan yaşlı insanlara tənha olmadıqları hiss etdirmək və gənclərin onlara daim dəstək olduqlarını çatdırmaq olan aksiya bütün sakinlərə güllərin hədiyyə edilməsi ilə başlayıb.

Daha sonra gənclər çıxışlar edib və daim yaşlı insanların yanında olduqlarını bildiriblər.

Tədbir mədəni proqramla davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar