Nazir: “Fəlakətlə bağlı bahalaşma olmayacaq”
Azərbaycanın Mərkəzi Aran rayonlarında sel fəlakəti ilə bağlı bazarda kənd təsərrüfatı məhsullarının qiymətində heç bir artım olmayıb.
«APA-ECONOMICS»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. İ.Abasovun sözlərinə görə, hazırda bazarda qiymətlərə iqtisadi yollarla nəzarət olunur: «Lakin təəssüflər olsun ki, belə hallardan müəyyən insanlar istifadə etmək istəyir. Düşünürəm ki, fəlakət olan zaman insanlar belə hallara yol verməməlidir. Biz düşünürük ki, bazarda qiymət artımından söz gedə bilməz. Azərbaycanda aqrar sahə dinamik inkişaf edir. Bundan başqa, Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır. İqtisadi yollarla bu məsələ tənzimlənəcək, ölkədə qiymət artımı olmayacaq».
Nazir onu da bildirib ki, sel fəlakəti ilə bağlı kənd təsərrüfatı sahəsinə dəyən ziyan qiymətləndirilərək fermerlərə müəyyən yardım göstəriləcək.
Onun sözlərinə görə, bəzi insanların öz həyətyanı sahələrində saxladıqları quş, kiçik və iri buynuzlu mal-qaraya da ziyan dəyib və bu ziyanın həcmi hesablanaraq kompensasiya şəklində ödəniləcək: «Sel Kür-Araz ovalığı sahəsində olub ki, təxminən 50 min hektar sahəyə ziyan dəyib. Digər yerlərdə isə ciddi təhlükə yoxdur».
Nazir həmçinin bildirib ki, ölkədə 130-140 min hektar taxılçılıq sahəsində sarıpas xəstəliyi olub: «Tərəvəzçilik və bostançılıq sahələrində, həmçinin təkrar əkinçiliklə bağlı heç bir problem olmayacaq».

349