“QHT Məktəbi” payız təlimlərinə başlayır
Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2002-ci ildə Mərkəz tərəfindən yaradılmış “QHT Məktəbi”nin həyata keçirdiyi uzunmüddətli təlimlərin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir.
Bu günədək 830 nəfərin məzun olduğu “QHT Məktəbi”nin növbəti təlim proqramında iştirak etmək niyyətində olanlar elan əsasında müraciət edib, seçiləcəklər.
Təlim proqramında iştirakçılara aşağıdakı mövzular tədris ediləcək:
- QHT fəlsəfəsi
- QHT-nin yaradılması və qeydiyyatı
- QHT idarəetməsi və strukturun inkişafı
- QHT-də ictimaiyyətlə əlaqələrin qurulması (PR)
- QHT-də beynəlxalq əlaqələrin qurulması
- Layihə təkliflərinin hazırlanması
- Maliyyə axtarışı
- Layihələrin proqram və maliyyə idarəetməsi
- Monitorinq və qiymətləndirmə
- QHT-lərdə kargüzarlıq işinin təşkili
Qeyd edək ki, təcrübəli təlimçilər tərəfindən keçiriləcək “QHT Məktəbi”nin payız təlimləri 2 ay davam edəcək.
Mərkəzin direktor müavini Elnur Axundov Məktəbin bu ildən etibarən pullu fəaliyyət göstərəcəyini və əvvəlki illərdən fərqli olaraq iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsinin sorğu vərəqələri vasitəsi ilə deyil, xüsusi imtahan prosesi ilə keçiriləcəyini bildirib. Qeyd edib ki, yalnız bu prosesi müvəffəqiyyətlə başa vuranlara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

559