İki məktəb direktoru işdən qovuldu, birinə töhmət verildi
Bu ilin aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1003 müraciət daxil olub. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Müraciətlərin 919-u (91,6%) telefonla, 84-ü (8,4%) elektron poçt vasitəsilə qəbul edilib. Daşıdığı informasiyanın əhəmiyyətindən, mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq qaydada araşdırılıb, ünvanlı müraciətlər isə yazılı şəkildə cavablandırılıb.
Ötən aylarda olduğu kimi, müraciətlərin böyük əksəriyyəti yenə də anonim olub, sorğu xarakterli müraciətlər çoxluq təşkil edib.
Aprel ayı ərzində “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri, bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar rəy və təkliflər, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin gələcəkdə geniş tətbiqinin səmərəliliyi barədə mülahizələr, respublika fənn olimpiadalarının və beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması qaydaları ilə əlaqədar olub. Həmin müraciətlər ümumi sorğuların 75-80%-dən çoxunu təşkil edib. Başqa sorğularda isə müəllimlərin əmək haqqının dərəcələr üzrə hesablanması qaydaları, təhsil sənədlərinin alınması və s. məsələlərlə bağlı olub.
Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi isə Gəncə, Sumqayıt və Şirvan şəhərlərindəndir. Bakıdan 74, Sumqayıtdan 5, Gəncədən 3, Mingəçevirdən 3, Şirvandan 1 müraciət daxil olub. Rayonlar üzrə Abşeron, Goranboy, Qəbələ, Gədəbəy, Şamaxı, Cəlilabad, Lənkəran, Biləsuvar, Fizuli və Şamaxıdan daha çox müraciət qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciət əsasında Bakı şəhərinin 63 saylı məktəbdə yaranmış vəziyyət araşdırılıb, burada şagird-müəllim-valideyn münasibətlərinin düzgün qurulması, sanitar-gigiyenik normalara əməl olunması istiqamətində zəruri işlərin aparılmadığı müəyyən olunub, məktəbin direktoruna töhmət elan edilib. Daxil olmuş digər müraciətlər əsasında Cəlilabad şəhər 1 və 8 saylı məktəblərdəki vəziyyət araşdırılıb, işdə yol verdikləri nöqsanlara görə hər iki məktəbin direktoru tutduqları vəzifədən azad olunublar.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət etmiş şəxslərdən onların şikayətlərinə operativ şəkildə baxıldığına görə təşəkkür məktubları da daxil olub.
Qeyd edək ki, nazirliyin “Qaynar xətt” xidmətinə 496-34-82; 496-37-61 telefon nömrələri və [email protected]) e-mail ünvanı ilə müraciət etmək olar.
Pərvin ABBASOV

453