Prezident bölgələrdəki subasmaya dair müşavirə keçirdi
07 may 2010 17:00 (UTC +04:00)

Prezident bölgələrdəki subasmaya dair müşavirə keçirdi

Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı bu gün prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

Lent.az ANS televiziyasına istinadən bildirir ki, dövlət başçısı ölkədə 40 rayonun ərazisində subasma halları baş verməsi nəticəsində 20 min ev su altında qaldığını, 300-dən çox evin uçduğunu söyləyib. Bundan başqa, 2000 ev qəzalıdır, 50 min hektar əkin və örüş sahəsini su basıb.

Dövlət başçısı qeyd edib ki, Kürdə suyun səviyyəsinin kəskin şəkildə qalxması ilə əlaqədar mühafizə tədbirləri gücləndirilir, təbii fəlakətdən ziyan çəkən əhaliyə kömək göstərilir, onlar müvəqqəti məskunlaşdırılır və həmin şəxslərə müvafiq yardımlar edilir. İlham Əliyev xüsusi vurğulayıb ki, əgər Azərbaycan dövləti vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməsəydi, təbii fəlakətin nəticələri daha böyük və acınacaqlı olardı.

Dövlət başçısı təbii fəlakətdən ziyan çəkən əhaliyə müvafiq kompensasiya ödəniləcəyini, onlara hərtərəfli kömək göstəriləcəyini və həmin şəxslərin sosial problemlərinin həll olunacağını bildirib.

İlham Əliyev müşavirədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsini və kompleks tədbirlər planın hazırlanmasının sürətləndirilməsini tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar