23 bakalavrın imtahan nəticələri ləğv olunub
07 may 2010 16:30 (UTC +04:00)

23 bakalavrın imtahan nəticələri ləğv olunub

Onlar magistraturaya qəbul imtahanının birinci mərhələsində köçürmə hallarına yol veribmiş

Magistraturaya qəbul imtahanının birinci mərhələsini uğurla başa vurmuş bakalavrlar iyunun 20-də ikinci mərhələ üzrə imtahan verəcəklər. Bu mərhələyə buraxılan bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Lent.az-ın məlumatına görə, bu barədə tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib. O, qeyd edib ki, bu il ilk dəfə olaraq, magistratura imtahanları Gəncə şəhərində də keçirilir. Bu il imtahanlarda ən çox köçürmə halları da məhz Gəncədə qeydə alınıb.

Arzu Bağırov bildirib ki, belə hallar əsasən, bakalavrların bir-birinə kitabçalar ötürməsi ilə müşayiət olunub. Onlar həmçinin bir-birindən köçürməyə də şərait yaradıblar. Təşkilat şöbəsinin müdirinin sözlərinə görə, magistratura imtahanlarında köçürmə hallarına yol verən 13 bakalavrların nəticələri ləğv olunub. İmtahan zallarında səhlənkarlığa yol verən və köçürməyə şərait yaradan nəzarətçilər də cəzalandırılıb.

Xatırladaq ki, magistraturaya qəbul üçün ikinci mərhələ üzrə imtahanda bakalavrlar 50 test tapşırığı təqdim olunacaq. Onların ixtisas üzrə bilikləri test üsulu ilə, bəzi proqramlar üzrə isə yazılı imtahanla yoxlanılacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar