Tovuz məktəbliləri marafona çıxıb
Məktəblilər arasında müxtəlif fənlər üzrə bilik yarışı keçirilib
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Rayon təhsil şöbəsinin təşkilatçılığı ilə Tovuz rayonunda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə istedadlı şagirdlər arasında keçirilən “Bilik Marafonu” başa çatıb. Lent.az-ın məlumatına görə, marafon rayonun müxtəlif məktəblərini təmsil edən 104 istedadlı gənc arasında keçirilib.
“Bilik Marafonu” barədə danışan rayon təhsil şöbəsinin müdiri Şamil Alıyev deyib ki, artıq ənənə halını alan yarış rayonun təhsilinin inkişafına hər il öz müsbət təsirini göstərir, şagirdlər arasında elmə, biliyə meylin artmasına, gənclər arasında tariximizin, ədəbiyyatımızın daha geniş öyrənilməsinə, vətənpərvərlik hissinin daha da güclənməsinə də təkan verir. O, deyib ki, hər il Tovuz rayonundan ali məktəblərə, hərbi məktəblərə daxil olan şagirdlərin sayının artmasında da təşkil olunan bu cür marafonların, olimpiadaların, yarışların müsbət təsiri böyükdür.
Dəqiq elmlər sahəsində keçirilən və 2 gün davam edən “Bilik Marafonu” zamanı hər fənn üzrə rayonun ən yaxşı müəllimlərindən ibarət münsiflər heyəti qarşısında canlı efirdə cavab verən şagirdlər arasında ən yaxşılarını 1,2 və 3-cü yerin qaliblərinə millət vəkili Qənirə Paşayeva tərəfindən kompüterlər və qiymətli hədiyyələr təqdim olunur. Hər fənn üzrə 10-dan artıq həvəsləndirici yerin sahiblərinə, ümumilikdə 60-a yaxın şagirdə də müxtəlif hədiyyələr təqdim edilib.
Rayonun istedadlı şagirdləri arasında səkkiz fənn üzrə keçirilən “Bilik Marafonu” 5 ildir ki, keçirilir və artıq ənənə halını almışdır. Bu bilik yarışı həmin fənn müəllimlərinin məsuliyyətini daha da artırmaqla yanaşı şagirdlər arasında bu yarışmalarda iştirak etmək və qalib gəlmək üçün böyük həvəs və sağlam rəqabət yaranmışdır.
Qeyd edək ki, 2 və 3 mart 2010-cu il tarixlərdə rayonun 102 nəfər istedadlı şagirdləri arasında Azərbaycan tarixi, azərbaycan dili və ədəbiyyat, coğrafiya və ingilis dili fənləri üzrə Novruz bayramına həsr olunmuş “Bilik Marafonu” keçirilib, qaliblər kompüterlər və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Humanitar fənlər üzrə təşkil olunan Marafonun məqsədi gənclər arasında dilimizə sevginin artırılması ilə yanaşı gənclər arasında Azərbaycan ədəbiyyatı və tarixin dərindən öyrənilməsinə dəstək göstərmək, məktəblilərin Azərbaycan tarixini, qan yaddaşımızın, milli vətənpərvərlik hisslərinin, dövlətçilik ənənələrimizin öyrədilməsində yaxından iştirak etməkdir. İngilis dili fənn üzrə keçirilən marafon isə gənclər arasında xarici dillərin öyrənilməsinin daha da sürətlənməsinə xidmət edir.

640