İslam Partiyası “Əbu Bəkr” məscidini “vurdu”
06 may 2010 16:30 (UTC +04:00)

İslam Partiyası “Əbu Bəkr” məscidini “vurdu”

“Vəhhabiyyətə aid məscidləri bizim ənənəvi dinimizdən hesab etmək olmaz”

“Bizim haqqında danışdıqlarımız xalqın ənənəvi dininin inkişafına xidmət edən və xoş niyyətlə yaradılan məscidlərə, o cümlədən türk məscidlərinə aiddir. İndi onların arasında bəzi məscidlər var - hansı ki, onların adları qəzetlərdə də gedir – vəhhabiyyətə aid məscidləri bizim ənənəvi dinimizdən hesab etmək olmaz. Əgər bir məbəd inancından asılı olmayaraq həqiqətən də insanların hidayətinə xidmət edirsə, bizim onun fəaliyyət göstərməsinə etirazımız yoxdur. Yox əgər orda yığılan insanlar din adına iğtişaş yaradan bir fəaliyyət aparırlarsa, belə mərkəzin, məbədin fəaliyyətini qənaətbəxş hesab etmirik”. Lent.az-ın xəbərinə görə, bunu Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov “Sizin müdafiə etdiyiniz məscidlər sırasında Türk məscidləri və “Əbu Bəkr” məscidi də varmı?” sualına cavabında deyib. O bildirib ki, İslam dini hətta kilsələr və sinaqoqlara da ehtiram göstərməyə dəvət edir: “Biz bunu bu cür görmüşük”.

M.Səmədov “Əbu-Bəkr” məscidinin açılmasına tərəfdar olub-olmaması barədə sual isə belə cavablandırıb: “Bunu hər halda müvafiq orqanlar araşdırıb qərar versinlər. Baxıb görsünlər ki, belə bir məscidin fəaliyyəti Azərbaycanda hansı fəsadlar yarada bilər, müqayisə etsinlər ki, başqa xarici ölkələrdə belə bir əqidənin sahibləri hansı fəsadlar yaradıblar, həmin cəmiyyətlərdə hansı acınacaqlı səhnələr yaranıb, dini iğtişaşlar yaradılıb. Təəssüflər olsun ki, artıq Azərbaycanda da belə bir təcrübə var. Müvafiq qurumlar da məhz bunların hamısını nəzərə alıb qərar çıxarsınlar”.

Qeyd edək ki, bu gün Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda islamafobiya” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə bəzi məscidlərin sökülməsi, bağlanması və haqqında neqativ məhkəmə qərarlarının çıxarılmasına etiraz bildirilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar