Bakıya və rayonlara avtobusların gecə reysləri qadağan olundu
06 may 2010 11:00 (UTC +04:00)

Bakıya və rayonlara avtobusların gecə reysləri qadağan olundu

Nəqliyyat Nazirliyi sərnişin avtobuslarının qrafikini dəyişdi

Bu gündən etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan həm beynəlxalq, həm də şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilir.

Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulur. Belə ki, saat 01.00-dan 06.00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyənləşdirilir. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yola düşmə vaxtı isə saat 16.00-dan sonra məhdudlaşdırılır.

Nazirlikdə deyirlər ki, bu dəyişikliklər sərnişin daşınmasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə xidmət edir. Hazırda yeni qaydaların tətbiqinə dair əlaqədar tədbirlər davam etdirilir.

“Nəqliyyat Nazirliyi sürücüləri və sərnişinləri ehtiyatlı olmağa və vəziyyəti düzgün qiymətləndirməyə çağırır. Çünki atılan addımlar yalnız vətəndaşların təhlükəsizliyi məqsədini daşıyır” - nazirliyin yaydığı məlumatda belə deyilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar