Zərdabda məktəblər açıldı
05 may 2010 20:00 (UTC +04:00)

Zərdabda məktəblər açıldı

Rayonda uşaq bağçalarının da fəaliyyəti bərpa olunub

Subasma təhlükəsi ilə Zərdabda fəaliyyətini dayandırmış məktəblər bu gündən işləməyə başlayıb.

Rayon Təhsil Şöbəsindən Lent.az-a bildiriblər ki, həyətlərini su basmış məktəblərin bir qismi artıq qrunt sularından azad olunub. Bəzi məktəblərdə isə problem həll edilmədiyin şagirdlər başqa məktəblərə köçürülüb və hazırda əksər təhsil müəssisələrində tədris prosesi bərpa olunub.

Bu gün həm də Zərdabdakı uşaq bağçaları da fəaliyyətini bərpa edib.

Xatırladaq ki, subasma təhlükəsi ilə əlaqədar Zərdabdakı bütün məktəblər 3 gün əvvəl bağlanmışdı.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar