FHN Akademiyasında tədbir keçirildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında qaçqın və məcburi köçkünlərin hüquqlarına həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə FHN Akademiyasının zabitləri, müəllim və professor heyəti və kursantların iştirakı ilə baş tutub.
Akademiya adından salamlama nitqi ilə FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov çıxış edib.
Sonra Akademiyanın rəis müavini, polkovnik Afət Qurbanov Fövqəladə Hallar Nazirliyi strukturunda aparılan islahatlar və FHN-in Akademiyasının fəaliyyətilə bağlı məruzə ilə çıxış edib.
Azərbaycan Respublikasında aparılan qanunvericilik islahatları, qaçqınlar, məcburi köçkünlər, vətəndaşlığı olmayan şəxslər və vətəndaşsızlıq məsələləri, miqrasiya qanunvericiliyi sahəsində isə AHK sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov məlumat verib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı səfiri Arun Sala-Nqarm BMT QAK-ın ölkədəki fəaliyyəti, yerli hökumətlə qurulan əməkdaşlıqlar, qaçqınların və məcburi köçkünlərin hüquqları sahəsində məlumat verib. O, fövqəladə hallar zamanı BMT QAK və Fövqəladə Hallar Nazirliyi arasında ola biləcək əməkdaşlıq mexanizmlərinə də toxunub.
Daha sonra Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı və əsas fəaliyyəti barədə BMT QAK-ın hüquq şöbəsinin baş hüquq məsləhətçisi Zaur Nağıyev tədbir iştirakçılarını məlumatlandırıb.
Digər çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

624