İsmayıl Ömərov TÜRKSOY Təşkilatı tərəfindən mükafatlandırılıb
01 may 2010 14:00 (UTC +04:00)

İsmayıl Ömərov TÜRKSOY Təşkilatı tərəfindən mükafatlandırılıb

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov TÜRKSOY tərəfindən mükafatlandırılıb. İctimiai TV-dən Lent.az-a verilən məlumata görə, mükafat İ.Ömərova Türk dünyası mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətinə, İctimai Televiziyanın ortaq Türk televiziyası layihəsində tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizin təbliği, gələcək nəsillərə çatdırılması istiqamətində hazırlanan proqramlara görə təqdim edilib. İctimai Televiziyanın TRT-AVAZ ilə bir ildən artıq həyata keçirdiyi ortaq yayımda “Yeni gün” proqramına görə şirkətin Səhər proqramları departamentinin direktoru Səidə Musabəyli və bu proqramdakı peşəkar aparıcılığına görə Saleh Bağırov da TÜRKSOY-un mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar