Gədəbəydə 146 uzunömürlü ailə var
31 avqust 2010 10:07 (UTC +04:00)

Gədəbəydə 146 uzunömürlü ailə var

Bu gün qərb bölgəsinə səfər edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Gədəbəydə iki uzunömürlü ailənin qızıl toy mərasiminə qatılıb. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, rayon ictimaiyyətinin də qatıldığı tədbirdə 50 il birgə ailə həyatını yaşayan Məmmədov Murad Ələsgər oğlu, onun həyat yoldaşı Allahverdiyeva Şəkər Bayram qızı, İkram Məmmədov və onun həyat yoldaşı Ayna Məmmədova haqqında çəkilən 25 dəqiqəlik videoçarx nümayiş olunub.

Daha sonra Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cütlükləri təbrik edib, onlara indidən sonrakı birgə ailə həyatlarında uğurlar arzulayıb. Vurğulanıb ki, Gədəbəydə qeydiyyatda olan 146 uzunömürlü ailə gənclərə əsl örnəkdir.

Tədbirin sonunda cütlüklərə hədiyyələr təqdim olunub.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar