Bakıda 3 yaşlı qız “Quran”ın 37 surəsini əzbərləyib
30 aprel 2010 18:00 (UTC +04:00)

Bakıda 3 yaşlı qız “Quran”ın 37 surəsini əzbərləyib

Bakıda yaşayan 3 yaşlı Zəhra Hüseynova “Quran”ın surələrini çaşmadan əzbərdən deyir və bununla hər kəsi təəccübləndirir.

Lent.az-ın “medya365.com” saytına istinadən verdiyi məlumata görə, hələ tam danışa bilməyən uşağın bu qabiliyyəti anası və atasını, yaxın qohumlarını sevindirir. Zəhraya “Quran” oxumağı anası öyrədib. Valideynləri Zəhranın 1 yaşında “Quran”ın 3 surəsini əzbərlədiyini söyləyiblər. Anası deyib ki, hamilə olduğu dövrdə davamlı olaraq “Quran” oxuyub. Zəhra hələ tam danışmağa başlamamış “Quran”ın 37 surəsini əzbərləyib.

Zəhranın babası Hacı Hüseyn Ağa nəvəsinə ilahi vergi verildiyi qənaətindədir. Zəhranın qabiliyyəti Türkiyədə də diqqət çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841

Oxşar yazılar