Sumqayıtın “Bağlar massivi”ndə yeni xidmət sahəsi yaradılır
Təmizlik Departamentinin xətti ərazidə konteynerlərin yerləşdirilməsi üçün meydançalar hazırlayır
Sumqayıtın “Bağlar massivi” adlanan sahəsində səliqə-sahman yaratmaq, mövcud olan məişət zibillərinin və tullantıların vaxtlı-vaxtında toplanması və ərazidən uzaqlaşdırılması ilə bağlı ciddi tədbirlərə başlanıb.
Sumqayıt şəhər İcra hakimiyyətindən Lent.az-a bildiriblər ki, hazırda bu ərazi 5 minə yaxın təsərrüfatı (bağ sahəsini) əhatə edir. Tədbirlər planına uyğun olaraq, Şəhər Təmizlik Departamentinin xətti ilə ərazidə konteynerlərin yerləşdirilməsi üçün meydançalar düzəldiləcək. Bəzi istiqamətlərdə isə departamentin daimi fəaliyyət göstərən məntəqələri təşkil ediləcək. Departament tərəfindən hər bir bağ sahibi ilə tullantıların daşınması üçün müqavilələr bağlanması da nəzərdə tutulur.
Xatırladaq ki, “Bağlar massivi” adlanan sahəsində səliqə-sahmanın yaradılması istiqamətindəki işlər Sumqayıt şəhər İcra hakimiyyətində keçirilən müşavirədən sonra daha da gücləndirilib.
Elxan SALAHOV

460