Pensiyalar artırıla bilər
28 aprel 2010 17:45 (UTC +04:00)

Pensiyalar artırıla bilər

Dövlət Sosial Müdafiə Fondu bunun üçün hökumətə təkliflər hazırlayır

Bu il Azərbaycanda pensiyaların məbləği artırıla bilər. İlkin proqnozlar bunun üçün maliyyə imkanlarının yarandığını söyləməyə əsas verir.

Lent.az-ın məlumatına bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq Dövlət Sosial Müdafiə Fondu bu ilin birinci rübünün hesabatlarını yekunlaşdırıb: “Daxil olan vəsaitlər və işçilərin sayında müəyyən artımlar müşahidə olunur. Bütün bunlar bizə əlavə maliyyə resurslarının formalaşdırılması istiqamətində ilkin proqnozlar verməyə imkan yaradır. Yəqin ki, bunun əsasında biz pensiyaların artırılması üçün hökumətə təkliflərimizi verəcəyik. Yekun qərar isə bundan sonra veriləcək”.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar