Fərdi uçot və sığorta hesabatları elektronlaşdırılır
28 aprel 2010 17:30 (UTC +04:00)

Fərdi uçot və sığorta hesabatları elektronlaşdırılır

Bunun üçün hazırlanmış vahid proqram DSMF-nin bir neçə şöbəsində testdən keçirilib

Bu ilin sonunadək Dövlət Sosial Müdafiə Fondunun bütün fəaliyyət istiqamətləri tam avtomatlaşdırılacaq. Hazırda fondun bütün fəaliyyət istiqamətlərinin hamısının elektronlaşdırılması və avtomatlaşdırılması sahəsində böyük proqramlar icra olunur.

Lent.az-ın məlumatına bu barədə DövlƏt Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, həm pensiyaların hesablanmasının, həm fərdi uçotun qeydiyyatının yazılması, həm də hesabatların qəbulunun avtomatlaşdırılması prosesi bu il ərzində tam şəkildə başa çatdırılacaq. Onun sözlərinə görə, hazırda bu proqramların sonuncu mərhələsi üzərində iş gedir və sistem kompleks şəkildə işləyəcək.

Səlim Müslümov əlavə edib ki, fərdi uçot, işəgötürənlərin ödənişlər haqqında təqdim etdiyi hesabatlar və fərdi uçotda aparılacaq qeydlər barədə hesabatlar bir-birinə uyğun gəlməlidir: “Bu üç amil bir-birinə bağlı məsələlərdir və hər 3-ü üzrə vahid proqram hazırlanır. Bu proqramın ilkin versiyası artıq hazırdır və bəzi şöbələrdə artıq testdən keçirilib. Mənə elə gəlir ki, yaxın 2-3 ay ərzində bütün şöbələrimizdə və departamentlərimizdə bu proqramların işləməsinə start verəcəyik”.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617

Oxşar yazılar