5 ildə məktəb tikintisi 38 dəfə bahalaşıb
2004-cü ildə 1 məktəbin tikintisinə orta hesabla 35,6 min manat, 2008-ci ildə isə 1383,9 min manat xərclənib
Azad İqtisadiyyata Yardım İctimai Birliyi məktəb tikintisi layihələrinə ayrılmış dövlət investisiyalarının monitorinqi üzrə yekun hesabatını açıqlayıb. Monitorinqlər əsasən Quba, Xaçmaz, Bərdə və Tərtərin 20 məktəbində aparılıb.
Lent.az-ın məlumatına görə, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl bu gün keçirilən təqdimat mərasimində bildirib ki, son 5 il ərzində məktəb tikintisi 38 dəfə bahalaşıb. Onun sözlərinə görə, 2004-cü ildə tikilən 1 məktəb üzrə orta investisiya qoyuluşu 35,6 min manat, 2008-ci ildə isə 1383,9 min manat təşkil edib: “Ancaq bu bahalaşmanın məktəblərin keyfiyyətində və imkanlarında nə dərəcədə özünü göstərdiyini birmənalı söyləmək mümkün deyil. Bu prosesdə daha çox son illərdəki yüksək inflyasiya prosesindən sui-istifadə edərək məktəb tikintisi layihələrinin smeta qiymətlərinin artırılması özünü qabarıq şəkildə göstərir”.
Zöhrab İsmayıl qeyd edib ki, təhsil ocaqlarının regional mənzərəsində ciddi dəyişikliklər baş verib. Belə ki, son 5 il ərzində Azərbaycanda ən çox məktəbin tikildiyi dövr 2005-ci ilə təsadüf edir. 2000-ci illərin əvvəlindən başlayaraq ölkədə məktəb tikintisi vüsət alsa da, 2004-2009-cu illər ərzində Azərbaycanda təhsil ocaqlarının ümumi sayı 4553-dən 4550-yə düşüb.
Həmçinin təhsil ocaqlarının regional mənzərəsində də ciddi dəyişikliklər baş verib. Zöhrab İsmayılın sözlərinə görə, son 6 ildə şəhərlərdəki təhsil müəssisələrinin sayı artığı halda, kəndlərdəki təhsil müəssisələrin sayı azalıb. Bu müddət ərzində ölkə şagirdlərin sayı 11,8 faiz azalıb: “Belə görünür ki, bir tərəfdən məktəb tikintisinin genişlənməkdə olduğu Azərbaycanda, o biri tərəfdən məktəblərin sıradan çıxması vüsət alıb. Məktəblərin təmirinə ayrılmış ümumi vəsait 57,4 milyon təşkil edib. Dövlət büdcəsindən investisiya xərcləri üzrə Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrə ayrılmış vəsaitləri nəzərdən keçirdəndə məbləğlərin şişirdilməsi ilə bağlı çoxsaylı faktlara rast gəlmək olar”.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin tikinti şöbəsinin nümayəndələri aşkar edilmiş problemlərə münasibət bildirib. Nazirliyin nümayəndələri həmçinin tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Elxan SALAHOV

751