Qubanın Güləzi kəndində həyəcanlı vəziyyət
27 aprel 2010 17:00 (UTC +04:00)

Qubanın Güləzi kəndində həyəcanlı vəziyyət

Quba rayonunun Güləzi kəndində sürüşmə nəticəsində 11 ev dağılıb. Bundan başqa, kənd klubu, feldşer-mama məntəqəsi və kənd kitabxanası da tamamilə sıradan çıxıb. Sürüşmə artıq 20 ha ərazini əhatə edir. Kəndlə əlaqə tamamilə kəsilib. Sürüşmə nəticəsində 60-dək elektrik dirəyi aşıb və kənddə elektrik enerjisi kəsilib. Güləzi kəndi ilə yanaşı daha bir neçə kəndin işıqları kəsilib. Kənddə rabitə və içməli su sarıdan da problemlər var.

Güləzi kənd sakini Fikrət Mütəllibov Lent.az-ın hadisə yerində olan müxbirinə bildirib ki, içməli su kimi yaxınlıqdan keçən çayın suyundan istifadə edirlər.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədovun Lent.az-a verdiyi məlumata görə, ərazidə yaşayan sakinlər yaxınlarının evlərinə köçürülüb. Sahib Məmmədov hazırda kəndin sürüşmə baş verən Qalaüstü məhəlləsindən uşaqların evakuasiya olunduğunu bildirdi.

Kənddə elektrik enerjisinin, rabitə və hərəkətin nə vaxt bərpa olunacağı məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar