Leysan və daşqın gözlənilir
Son günlər yağmurlu hava şəraiti ilə əlaqədar ölkə ərazisindəki çaylarda sel və daşqınlar müşahidə olunur. Yaxın günlərdə isə çaylarda sululuğun bir qədər də artacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildiriblər ki, aprelin 23-də gün ərzində, 23-dən 24-ə keçən gecə və səhər yağan leysan yağışları nəticəsində Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ bölgəsinin Şinçay, Kişçay, Talaçay, Balakənçay, Baş Daşağılçay, Dəhnəçay, Küngütçay, Dəmiraparançay, Turyançay, Bumçay çaylarında qısamüddətli daşqınlar olub. Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, eyni zamanda, Gürcüstan ərazisində Qanıx və Kür çayının hövzələrinə yağan leysan yağışları nəticəsində müvafiq olaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 95 santimetr artaraq su sərfi saniyədə 399 (ongünlük normanın 224 faizi), Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 61 santimetr artaraq 1000 kubmetr (ongünlük normanın 140 faizi) təşkil edib. Lənkəran-Astara bölgəsinin bir sıra çaylarında suyun səviyyəsinin 64-92 santimetr artımı qeydə alınıb.
Nazirlikdə bildirirlər ki, gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımının davam edəcək. Yağıntıların bəzi yerlərdə leysan xarakterli olacağı və bununla əlaqədar bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Kür çayının aşağı axınında səviyyənin artımı gözlənilir.
Elxan SALAHOV

593