QHT Piar Qrupu yaradıldı
23 aprel 2010 15:30 (UTC +04:00)

QHT Piar Qrupu yaradıldı

QHT sahəsindəki problemlərlə bağlı araşdırmalar aparılacaq

Aprelin 23-də Media İnkişaf Mərkəzinin (MİM) həyata keçirdiyi “İctimaiyyətlə əlaqələrin effektiv qurulmasında QHT və medianın bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində QHT mövzusunda yazan jurnalistlərin Şəbəkəsinin toplantısı keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, toplantıda şəbəkənin bazasında QHT Piar Qrupunun yaradılması qərara alınıb.

QHT-lərin fəaliyyəti, QHT-media münasibətləri, QHT-lərin ictimaiyyətlə əlaqələri mövzuları ətrafında jurnalist araşdırmalarının aparılması və mətbuatda dərc olunması zəruri sayılıb. QHT Piar Qrupunun üzvləri bu yöndə təkliflərini irəli sürüblər.

Toplantıda layihəsinin koordinatoru Səbinə Əvəzqızı, “Şərq”, “525-ci qəzet”, “Azadlıq”, “Yeni Müsavat”, “Xalq Cəbhəsi” qəzetlərinin və “Lent.az” saytının əməkdaşları iştirak ediblər.

Layihə Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar