Güzdəkdə zooloji park yaradılır
Paytaxtdakı heyvanat parkı da həmin əraziyə köçürüləcək
Bakının mərkəzindəki heyvanat parkı yaxın vaxtlarda şəhərin kənarına köçürüləcək. Artıq bunun üçün Qaradağ rayonunun Güzdək qəsəbəsi yaxınlığında 55 hektar sahə ayrılıb.
Lent.az-ın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, artıq həmin ərazidə zooloji parkın yaradılması istiqamətində ciddi iş gedir. Belə ki, ərazi nazirliyin elan etdiyi tender nəticəsində seçilmiş hollandiyalı ekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmədən sonra orada zooloji parkın yaradılması məqsədəuyğun sayılıb.
Nazir deyib ki, hazırda həmin zooloji parkda yerli mühitə uyğun canlıların və ya xaricdən gətirilən heyvanların saxlanılmasına dair müzakirələr aparılır. Onun sözlərinə görə, kiçik parklarda, istirahət mərkəzlərində saxlanılan heyvanlar da yeni yaradılan parka köçürüləcək. Bundan başqa, yeni zooparkda Azərbaycana məxsus olmayan bəzi heyvanların da saxlanılması nəzərdə tutulur.
Hüseynqulu Bağırovun sözlərinə görə, dünyanın ən müasir şəhərlərində, Yaxın Şərq, Ön Asiya və Mərkəzi Asiyada ixtisaslaşmış böyük zooloji parklar yoxdur. Onun sözlərinə görə, şəhərin kənarında ilk zooloji park region ölkələri arasında məhz Azərbaycanda yaradılır.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25