19 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
22 aprel 2010 20:00 (UTC +04:00)

19 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

Yoxlama zamanı 400 kiloqrama yaxın saxta mallar məhv edilib


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Yoxlamalar Bakı və Gəncə şəhərlərini, Şabran və Samux rayonlarını əhatə edib.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 19 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:


Bakının Binəqədi rayonunda:
7-ci mikrorayon, Xarici Dairəvi küçəsində Səyyarə Babayevaya məxsus mağazada;
S.S.Axundov küçəsində yerləşən “Nihat market” və “Xəyal market”də;


Nərimanov rayonunda:
A.Nemətulla küçəsi, ev 26a ünvanında yerləşən “Green Field” supermarketdə;
Y.V.Çəmənzəminli küçəsi, ev 127V ünvanında yerləşən “Moon Star market”də;
N.Nərimanov küçəsi, ev 5A ünvanında yerləşən “Bolluca market”də;
Heydər Əliyev prospekti, ev 73/1, mənzil 32 ünvanında Akif Salayevə məxsus mağazada;
A.Nemətulla küçəsi, ev 33, mənzil 7 ünvanında Çingiz Sədiyevə məxsus mağazada;
N.Hacıyev küçəsi, ev 6a, mənzil 48 ünvanında yerləşən “Məhəllə market”də;
Təbriz küçəsi, ev 94 ünvanında yerləşən “Şəms market”də;
Ə.Əliyev və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində, Keşlə bazarında yerləşən “Ruslan market” və Namiq Qarayevə məxsus ərzaq mağazasında;


Nəsimi rayonunda:
S.Rəhimov küçəsi, 126/64. 307-ci məhəllədə yerləşən “Bakı market”də;


Nizami rayonunda:
İ.Məmmədov küçəsi, 2382-ci məhəllədə yerləşən “Şərur market”də;
Q.Qarayev prospekti, ev 18 ünvanında yerləşən “Super yeni market”də;


Xətai rayonunda:
Gəncə prospekti, 105a ünvanında yerləşən “Orxan market”də;


Şabran şəhərində:
- H.Əliyev küçəsində Vüqar Zəkiyevə məxsus pərakəndə ticarət mağazasında;


Gəncə şəhərində
N.Nərimanov prospekti, 50 ünvanında yerləşən “Rəşid market”də;
Əttarlar küçəsi, 79 ünvanında Namiq Rəsulova məxsus ərzaq malları mağazasında;


Samux rayonunda:
Ziyadlı kəndində Nailə Zeynalovaya məxsus ərzaq malları mağazasında;
Nəbiağalı qəsəbəsində Qalib Hacıyevə məxsus ərzaq malları mağazasında


Monitorinq zamanı ümumi çəkisi 400 kiloqrama yaxın olan, saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.


Bundan başqa, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tikinti materialları bazarında yoxlama aparıb. Yoxlama zamanı Bakının Nərimanov rayonunda, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə Samir Məmmədova məxsus kafel-metlax satışı obyektində aparılan yoxlama zamanı 9,2 ton normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan sement aşkar edilərək satışdan çıxarılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815

Oxşar yazılar