İmtina olunmuş gələcək - REPORTAJ
Körpələrimiz haqqında dəhşətli haşiyələr
(“Dövlətin uşaqları” silsiləsindən Lent.az-da növbəti yazı)
Körpələr, körpələr.
Candan əziz körpələr,
Baldan şirin körpələr.
(Xalq artisti Mübariz Tağıyevin repertuarından)
...Hələ çox illər əvvəl böyüklər biz uşaqlara deyərdi ki, rastınıza çıxan pişiyin, itin balalarına dəyməyin. Çünki onlar acıqlana bilər; pişik adamı cırmaqlayar, it isə dişləyər. Yəni, balalarına yaxın buraxmazlar. Özü də söhbət dişi heyvanlardan gedir (həmin an erkəyin harda olduğu deyəsən nəinki insanları, heç onlarla cütləşən dişi heyvanları da maraqlandırmır). Pişiklər və itlər qaldıqları yerdən köçəndə, balalarını ağızlarına alaraq daşıyırdılar. Belə səhnələri də o qədər görmüşəm ki... Yalnız böyüyə-böyüyə bu hirsin, hikkənin, həm də təmkinli zəhmətin heyvanın körpə balasına məhəbbəti olduğunu başa düşürdüm: nəinki itlər və pişiklər, heç başqa heyvanlar da balalarını atmır. Ancaq insanlar atır. Keçən həftəsonu o atılan körpə balaların yanına getmişdim...
1 günlükdən 3 yaşına qədər
Azərbaycanda 1 günlükdən tutmuş 3 yaşına qədər atılmış körpələrin saxlanıldığı iki məkan var. Bunlardan biri Gəncə, digəri isə Bakı şəhərindədir. Mən Bakı şəhərindəki məkana getmişdim: Azərbaycanın demək olar hər yerindən olan körpələrin verildiyi 1 saylı Körpələr Evinə. Burada mənə məlumatları Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva və adının çəkilməsini istəməyən növbətçi həkim verirdi. Məsələn, deyirdilər ki, körpələr bura cürbəcür yollarla gətirilir: birini polis küçədə skamyanın üstündən tapır, başqasını anası Doğum Evində qoyub gedir, eləsi var gətirib Körpələr Evinin qapısına buraxırlar... Eləsi də var ki, adam eşidəndə tükləri biz-biz olur.
Birinci Haşiyə: 2007-ci ilin qışında bir kişi 1 saylı Körpələr Evinə qaça-qaça gəlir ki, bəs körpə tapmışam. Hadisəni isə belə danışır: “Binadan çıxmaq istəyirdim. Blokun ağzında bir selofan torba gördüm. Gördüm torba tərpənir. Fikirləşdim yəqin kimsə pişik balasını “kulok”a qoyub. Ayağımla yavaşca toxundum. Çağa səsi eşidəndə əyilib baxdım: körpəni ikiqat selofan torbaya qoyub, ağzını da bağlamışdılar...”
Körpələr Evinin işçiləri körpəni götürüb birbaşa Əbülfəz Qarayev adına Kliniki Uşaq Xəstəxanasına. Qız uşağı olan körpəyə bərk soyuq dəyibmiş. Ancaq o, sağaldılaraq Körpələr Evinə gətirilir. Həmin körpə 1 yaş 2 aylığında övladı olmayan ailəyə övladlığa verilib.
Körpələri çox vaxt anası atır
Hərəsi bir cür gəlsə də, hər birinin bura qədər gələn yolu dəhşətdən keçir. Və onların hamısının taleyini bir məqam birləşdirir: atılmışlıq! (burada istisna hallarda atılmamış körpələr də saxlanılır. Əgər körpənin anası doğuş vaxtı psixi durumu pozulursa, ana vərəm xəstəsidirsə, ana onkoloji xəstədirsə və s. bu kimi hallarda müvafiq Doğum Evindən və rayon İcra Hakimiyyətindən göndəriş əsasında körpə 1 saylı Körpələr Evinə yerləşdirilir. Söhbət təbii ki, valideynlərinin yaxınları tərəfindən sahib çıxılmayan körpələrdən gedir. Həmin körpələr arasında illərlə burada qalanı da var). Körpələri çox vaxt anası atır. Ancaq hər iki valideynin birlikdə Körpələr Evinə gələrək körpədən rəsmi surətdə imtina etdikləri də olur. Onların atılma səbəbi də müxtəlifdir, daha doğrusu, körpədən imtina müxtəlif cür izah edilir. Qadının biri “dolanmağa imkanım yoxdur, uşağı saxlaya bilməyəcəm” deyir. Bir başqasının izahı belə olur: “Bu uşaq mən hələ ailə qurmazdan əvvəl dünyaya gəlib, valideynlərim bilsə məni öldürər”. Təbii ki, bunlar anası Körpələr Evinə gələn, yaxud Doğum Evində ondan rəsmi şəkildə imtina edənlərin sözləridir. Körpəsini küçədəki skamyaya, yaxud Doğum Evində qoyub gedən anaların arqumentləri isə az-az hallarda bəlli olur. Əgər qadın körpənin yanına bir parça kağız parçası yazıb qoyursa, səbəb bilinir. Əks halda, təbii ki bilinmir. Qadınların övladından rəsmi şəkildə imtina etməyərək, onları hardasa atıb getməsi isə adlarının hansısa sənədlərə düşməməsi, uşağın onun dünyaya gətirməsini heç kimin bilməməsi istəyi səbəb olur.
İkinci Haşiyə: Orada olarkən öyrəndim ki, 1 saylı Körpələr Evinə axırıncı körpə aprelin 14-də gətirilib. 27 yaşlı qadın yenicə dünyaya gətirdiyi körpəni götürüb Körpələr Evinə gəlib. Qadın “oğlan (körpənin atasını nəzərdə tutur – Lent.az) mənimlə yaşadı, sonra bildim ki, aldanmışam. O, mənə sahib durmadı. Valideynlərimin xəbəri yoxdu. Ona görə də uşaqdan imtina eləməyə məcburam” deyib. Körpələr Evinin işçilərinin “bəs valideynlərin sənin hamilə olduğunu görmürdümü?” sualı isə cavabsız qalıb.
Ondan əvvəlki körpə isə bura aprelin 11-də gətirilib. Qaradağ rayon ərazisində yerli sakinlərdən biri skamya üzərində oturmuş bir körpəni görərək Polis İdarəsinə məlumat verib. Körpəni də bura Polis İdarəsinin əməkdaşlarından biri gətirib.
Əri illərlə yanında olmadan dünyaya uşaq gətirənlər
Körpəsindən imtina edən cütlüklər əsasən nikahsız olanlardır. Onlar arasında hətta nişanlı olanına da rast gəlinib. Belələri ya “körpə vaxtından əvvəl doğulub”, ya da “əvvəl bir yerdəydik, daha bir-birimizi başa düşmürük” kimi izahatlar verirlər. Körpəsindən imtina edənlər arasında hətta evli olanlara da rast gəlinir. Bu barədə daha sonra. Hələliksə, başqa övladları olub dünyaya gətirdikləri körpədən imtina edənlər barədə.
Üçüncü Haşiyə: Belələri ya həyat yoldaşı həbsxanada olan, yaxud Rusiyaya qazanc dalınca gedən şəxslərin arvadlarıdır. Ərindən boşanandan bir neçə il sonra nikahsız dünyaya uşaq gətirən qadınlar arasında da övladından imtina edənlər olur. 2004-cü ildə isə 25 yaşlı qadın 2 yaş 4 aylıq oğlunun əlindən tutaraq 1 saylı Körpələr Evinə gətirib təhvil verib. Qadın uşağı nikahsız olaraq dünyaya gətirdiyini, hazırda başqa bir adamla ailə qurmaq istədiyini bildirir. Məlum olur ki, ailə qurmaq istədiyi adamın uşaqdan xəbəri var. O, “ailə qurmaq istəyirəm, ancaq məni uşaqla qəbul etmək istəmirlər” deyir. Uşağı təhvil verərək ailə qurub və o vaxtdan bir daha geri qayıtmayıb...
Xərcdən azad olmağın dəhşətli yolu
Körpələr bu məkana daxil olan kimi müayinə üçün Əbülfəz Qarayev adına Kliniki Uşaq Xəstəxanasına göndərilir. Əgər körpə sağlamdırsa elə həmin vaxt, yox əgər onda hansısa xəstəlik varsa, müalicə edildikdən sonra 1 saylı Körpələr Evinə gətirilir. Körpələrdə əsasən pnevmoniya tapılır. Ancaq ağır xəstəlik tapılanlar da olur. Çünki analar arasında narkotik istifadəçiləri də, yüngül həyat tərzi keçirənlər də olur.
Bundan başqa, körpələrin anaları arasında hamilə ikən belinə bərk sıxılmış nə isə bağlayanlar da olur. Bu, iki məqsədlə edilir. Ya qadın hamiləliyini gizlətmək istəyir. Elə də olur ki, qadın uşağı abort etdirməyin və ya onu Doğum Evində dünyaya gəirməyin “çox baha olduğunu” düşünərək çağanı qarnındaca öldürmək istəyir. Ona görə də həmişə belinə şal, yaxud başqa nəsə bağlayıb gəzir. Belə olduqda körpə dünyaya gəlməmiş ölür. Beləliklə qadın iki məsələdə “irəli düşür”: o, ölü körpənin qarnından “ucuz qiymətə” çıxartdırır və “körpədən imtina etmək zülmü”ndən xilas olur. Körpəni nəinki beli sıxmaqla, hətta dərman içməklə də öldürmək istəyən qadınlar olur.
Ancaq körpələr arasında ölməyib sağ-salamat dünyaya gələnlər çox olur. Belələrini ana sonradan atır və körpə 1 saylı Körpələr Evinə gətirilir. Bəlkə də bu yerdə “Yetimin üzü bərk olar” atalar sözü yerinə düşür: axı onların həm çəkisi analı-atalı uşaqlardan çox olur, həm də sağlam olurlar. Körpələr arasında yoluxucu xəstəlik daşıyanlar isə başqa yerə köçürülür.
Burada körpələr yaşlarına görə qruplara ayrılaraq saxlanılır. Ana südündən ayrı qalan bu çağalara müxtəlif cür süni yeməklər verilir.
Dördüncü Haşiyə: Təxminən 1 il əvvəl onlardan birində HİV virusu aşkarlanıb. Həmin körpə 3 yaşınadək saxlanıldıqdan sonra Bakıdakı uşaq evlərindən birinə köçürülüb, hazırda elə həmin yerdədir. 5 il əvvəl isə bura gətirilən körpələrdən birində Hepatit C virusu aşkarlanıb.
(ardı var)
Pərvin ABBASOV
[email protected]
- Naməlum körpələrə hansı ad, soyad, ata adı verilir?
- Körpədən imtina edib qohumlara “uşağımız ölü doğuldu” deyənlər;
- Övladını Körpələr Evinə gətirən çeçen cütlük;
- Valideynlərini nifrətlə axtaran 22 yaşlı qız...
Bunların hamısını növbəti yazıda oxuyun. Siz həmin körpələrin fotoşəkillərini də görəcəksiniz...

514