Çörək sexlərindən birində istehsala qadağa qoyuldu
Fiziki şəxs V.Məmmədovaya məxsus müəssisədə çörək istehsalında mənşəyi məlum olmayan duzdan istifadə edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti monitorinq nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 116 ünvanında yerləşən çörək sexində istehsal normalarının kobud pozulması halları aşkar olunub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verdiyi məlumata görə, fiziki şəxs V.Məmmədovaya məxsus müəssisədə məhsul istehsalı üçün şərait mövcud olmamış, istehsalda xammal kimi mənşəyi məlum olmayan xörək duzundan istifadə olunduğu müəyyən edilib.
Bundan başqa, müəssisə istehsal olunan məhsul üçün normativ və texnoloji sənədlərlə təmin olunmayıb, uyğunluq sertifikatı mövcud olmayıb, hazır məhsulun laborator müayinəsi aparılmayıb. Aşkar olunmuş nöqsanlarla bağlı inzibati qaydada protokol tərtib edilib, təsərrüfat subyektinin rəhbərinə cərimə tətbiq edilib. Müəssisədə çörək istehsalına qadağa qoyulub.

368