Rəqsanənin övladlığa götürdüyü uşağı millət vəkili himayə etdi
Müğənni Rəqsanənin himayə etmək istədiyi 16 yaşlı İlkin adlı kimsəsiz uşağı millət vəkili Xanhüseyn Kazımlı himayəyə götürüb. Lent.az-a daxil olan xəbəri müğənninin prodüseri Təranə Səmədova təsdiqləyib: “Bəli, xəbər doğrudur, Rəqsanənin himayəsinə aldığı həmin uşağı millət vəkili Xanhüseyn Kazımlı himayəyə götürdü. Buna baxmayaraq, biz də həmişə o uşağa öz kömək əlimizi uzadacağıq”.
Proqramların birində kimsəsiz uşağı görüb himayə etmək fikrinə düşən müğənni yeniyetmə İlkin üçün ev kirayələyib, saxlamaq, onu mənəvi övlad etmək fikrində idi.
Nəzrin
Proqramların birində kimsəsiz uşağı görüb himayə etmək fikrinə düşən müğənni yeniyetmə İlkin üçün ev kirayələyib, saxlamaq, onu mənəvi övlad etmək fikrində idi.
Nəzrin
451