Teleradio qanunvericiliyinə dəyişiklik ediləcək
21 aprel 2010 18:15 (UTC +04:00)

Teleradio qanunvericiliyinə dəyişiklik ediləcək

Milli Televiziya və Radio Şurası (MTRŞ) və teleradio ilə bağlı mövcud qanunvericilikdə dəyişikliklər gözlənilir. Lent.az-ın məlumatına görə, bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli MTRŞ-in keçirdiyi “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” adlı elmi-konfransda çıxış edərkən deyib.

O bildirib ki, televiziya və radiolarda hər hansısa bir problem olanda cəmiyyət MTRŞ-ə üz tutur: “Ancaq biz bununla bağlı danışandan deyirlər ki, MTRŞ əlavə səlahiyyət istəyir. Əslində problem olanda cəmiyyətin MTRŞ-ə üz tutması o deməkdir ki, MTRŞ-ə müəyyən səlahiyyətlər də verilməlidir”.

MTRŞ sədri bu gün internet radio və internet televiziyaların fəaliyyət göstərdiyini də xatırladıb. Onun sözlərinə görə, bu məsələnin də tənzimlənməsinə ehtiyac var: “Çünki televiziya və radio yayımı spesifik bir sahədir. Və millətin gələcəyinə, onun dünyagörüşünə, formalaşmasına təsir göstərir”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar