TQDK ixtisas qrupları üzrə keçid ballarını müəyyənləşdirib
İxtisas qrupları üzrə keçid ballarının aşağı salınıb-salınmayacağı müsabiqə vəziyyətindən ası olacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin ixtisas qrupları üzrə keçid ballarını müəyyənləşdirib. Bu il III ixtisas qrupunda müsabiqəyə ümumi balı 300-dən, digər qruplarda isə 250-dən az olmayan abituriyentlər buraxılacaqlar.
Lent.az-ın məlumatına görə, TQDK-nın təşkilat şöbəsinin müdiri Arzu Bağırov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, abituriyentlərə hər bir imtahan fənni üzrə ayrılıqda 10 nisbi bal məhdudiyyəti qoyulub. Onun sözlərinə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi təyinatlı ali məktəblərə sənəd verən abituriyentlər ilk növbədə həmin ali məktəbin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər.
Ötən ilki kimi müəyyən ixtisas qrupları üzrə keçid ballarının aşağı salınacağının mümkün olub-olmamasına münasibət bildirən şöbə müdiri deyib ki, bu barədə indidən fikir söyləmək çətindir. Onun sözlərinə görə, bu, daha çox abituriyentlərin imtahan göstəricilərindən asılı olacaq. Belə ki, müsabiqədə iştirak edən abituriyentlər kifayət qədər olarsa, imtahan şərtləri dəyişməyəcək.
Arzu Bağırov onu da qeyd edib ki, bu il ali məktəblərin I ixtisas qrupuna daha çox abituriyentin sənəd verəcəyi gözlənilir. Onun sözlərinə görə, əvvəlki illərdə abituriyentlər III ixtisas qrupuna daha çox meyl etsələr də, son zamanlar onların istəyi dəyişib: “Ötən il I ixtisas qrupuna sənəd verən abituriyentlərin sayı III ixtisas qrupuna sənəd verənlərin sayına yaxınlaşdı və demək olar ki, bərabərləşdi. Bu il sınaq imtahanlarında iştirak edən abituriyentlərin seçiminə əsasən, belə fikir söyləmək olar ki, abituriyentlər arasında I ixtisas qrupu abituriyentləri çoxluq təşkil edəcəklər”.
Elxan SALAHOV

1428