Ali məktəblərə qəbul planı TQDK-ya göndərilib
20 aprel 2010 17:30 (UTC +04:00)

Ali məktəblərə qəbul planı TQDK-ya göndərilib

Amma plan yerləri işçi formasında olduğundan ixtisaslar üzrə bölgü açıqlanmayıb

2010/2011-ci tədris ili üzrə ali və orta ixtisas məktəblərinə tələbə qəbulu planı artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub. Ancaq plan yerləri işçi formasından olduğundan bu il ali və orta ixtisas məktəblərinə nə qədər tələbənin qəbul ediləcəyi hələ bəlli deyil.

Lent.az-ın məlumatına görə, TQDK-nın təşkilat şöbəsinin müdiri Arzu Bağırov bu gün keçirilən mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bu il ali və orta ixtisas məktəblərinə qəbul planı ötən ilki səviyyədə saxlanacaq. Növbəti illərdə isə dövlət sifarişindən asılı olaraq, ixtisaslar üzrə yerlərin sayı dəyişə bilər.

Arzu Bağırov deyib ki, 2010/2011-ci tədris ili üzrə qəbul planının dəqiqləşdirilmiş sayı və ixtisaslar üzrə bölgüsü yaxın vaxtlarda açıqlanacaq. Onun sözlərinə görə, orta məktəblərin builki məzunlarının buraxılış imtahanlarının nəticələri iyunun 25-dək bəlli olacaq. Həmin tarixədək attestat almaq hüququ qazanmış məzun-abituriyentlərin siyahısı Təhsil Nazirliyi tərəfindən TQDK-ya təqdim ediləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar