Abituriyent qabiliyyət imtahanını necə verməlidir?
Bu qaydalar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunub
Xüsusi qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər əvvəlcə ərizələrini ümumi qaydada təsdiq etdirməlidir. Bundan sonra isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçməlidir.
Lent.az-ın məlumatına görə, TQDK-nın təşkilat şöbəsinin müdiri Arzu Bağırov bu gün keçirilən mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, qeydiyyata alınmaq üçün abituriyentlər aprelin 30-dan mayın 31-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və qeydiyyata alınır.
Arzu Bağırov deyib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə abituriyentlər test imtahanı verirlər. Test imtahanında topladığı ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər.
Xatırladaq ki, ali məktəblərə və orta təhsil bazasından texnikumlara sənəd qəbulunun elanı, qaydaları “Abituriyent” jurnalının 2-ci sayında dərc olunub. Jurnalda həmçinin qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar əksini tapıb. Jurnal bu gündən etibarən satışa çıxarılıb.
Elxan SALAHOV

426