Universitetlərə və texnikumlara sənəd qəbulu başladı
Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu mayın 31-dək davam edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən etibarən ali və orta ixtisas məktəblərinə sənəd qəbuluna start verib.
Lent.az-ın məlumatına görə, TQDK-nın təşkilat şöbəsinin müdiri Arzu Bağırov bu gün keçirilən mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, ali məktəblərə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu mayın 31-dək davam edəcək. İmtahanda iştirak etmək istəyənlər internet vasitəsilə elektron ərizələrini doldurmalı və aprelin 30-dan mayın 31-dək ərizələrini təsdiq etdirməlidir. Sənəd Qəbulu Komissiyaları bazar və bayram günləri istisna olmaqla hər gün saat 9.00-dan 17.00-dək fəaliyyət göstərəcək.
Xatırladaq ki, ali məktəblərə və orta təhsil bazasından texnikumlara sənəd qəbulunun elanı, qaydaları “Abituriyent” jurnalının 2-ci sayında dərc olunub. Jurnal bu gündən etibarən satışa çıxarılıb.
Elxan SALAHOV

909