Magistraturaya sənəd qəbulunun vaxtını uzadıldı
19 aprel 2010 16:30 (UTC +04:00)

Magistraturaya sənəd qəbulunun vaxtını uzadıldı

TQDK ərizələrini təsdiqləyə bilməyən 250 bakalavra daha bir şans verdi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə sənəd qəbulunun vaxtını bir gün uzadıb. Bununla da sənəd qəbulu bu gün saat 17.00 deyil, sabah 17.00-da yekunlaşacaq.


Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a bildirib ki, bu qərar sənədlərini nəzərdə tutulmuş vaxtadək təsdiq edə bilməyən bakalavrlara kömək məqsədilə verilib. Onun sözlərinə görə, bu gün saat 17.50 dəqiqəyə olan məlumata əsasən, Sənəd Qəbulu Komissiyalarına müraciət edərək ərizələrini dolduran bakalavrların sayı 15 295 nəfər olub. Lakin onlardan yalnız 15 045-i ərizələrini təsdiq edib. Yerdə qalan 250 bakalavr isə müxtəlif səbəblər üzündən ərizələrini təsdiq edə bilməyib. Bu səbəbdən də TQDK həmin bakalavrlara ərizələrini təsdiq etdirmək üçün daha bir şans verib.


Xatırladaq ki, magistraturaya sənəd qəbulu aprelin 12-də başlayıb. TQDK sənəd qəbulunun və ərizələrin təsdiqinin bu gün saat 17.00-da başa çatdırılmasını nəzərdə tuturdu.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar